Əsas məzmuna keç

Bakı metrosunda 22 qatarın istismar müddəti artırılacaq

Bakı metrosunda 22 qatarın istismar müddəti artırılacaq

"Bakı Metropoliteni" QSC 22 qatarın istismar müddətini artıracaq. Bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətin mətbuat xidmətinin rəhbəri Bəxtiyar...

"Bakı Metropoliteni" 22 qatarın müddətini artıracaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bu il metrosunda 1 qatar istismar müddətini başa vurduğu üçün xətdən çıxarılıb: "Bir qatar xətdən çıxarıldığı üçün hazırda xətdə olan qatarların sayı 60-dır. Yeni qatarlar buraxıldıqdan sonra isə qatarların sayı 67-yə çatacaq".

Xatırladaq ki, yaxın 3 ildə metroda 65 yeni nəsil vaqonu və yaxud hər biri 5 vaqondan ibarət olan 13 qatar xəttə buraxılacaq. Bu qatarlardan 7-si və yaxud 35 vaqon 2024-cü ildə Bakıya gətirilməlidir.

Qatar cədvəli

06:08 Növbəti qatar · Qatar: Bakı → Sumqayıt Bütün qatarlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…