Əsas məzmuna keç

Bakı bulvarındakı əyləncə klubunda yararsız qida məhsulları aşkarlanıb

Bakı bulvarındakı əyləncə klubunda yararsız qida məhsulları aşkarlanıb

AQTA Dənizkənarı Milli Parkdakı "Hayal Kahvesi"ndə vaxtı keçmiş pendir və souslar tapdı. Restorandakı antisanitar vəziyyət və cərimənin təfərrüatı xəbərimizdə.

en ru

Dənizkənarı Milli Park ərazisində fəaliyyət göstərən " Kahvesi" yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı yararlılıq müddəti bitmiş müxtəlif növ qida məhsulları (xardal, bəkməz, sous, sirop, əriştə, maya və sair), həmçinin qanunvericiliyə uyğun etiketlənməyən və müşayiətedici sənədləri olmayan pendir aşkarlanıb.

Eyni zamanda obyektdə mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, anbar sahəsində rəflərin yuyulabilən və gigiyenik materialdan təşkil olunmadığı və digər tələblərin pozulduğu müəyyən edilib.

Obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız qida məhsulları dövriyyədən çıxarılaraq məhv edilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…