Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
10.05.2024 11:38
Aa
dəq

Qazaxıstan, Azərbaycan və Özbəkistan Avropa İttifaqı (Aİ) ölkələrinə “yaşıl enerji” tədarük etmək üçün enerji sistemlərinin inteqrasiyası və Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabelin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını hazırlamağa başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev mətbuat konfransında bildirib.

“Təmiz elektrik” enerjisi idxal etməkdə maraqlı olduqlarını bildirmiş Aİ ölkələri ilə ilkin işlər aparılıb. Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabelin çəkilməsi haqqında saziş imzalayıblar və bu da bizə seçilən bazarları bərpa olunan, “təmiz enerji” ilə təmin etməyə imkan verəcək. Söhbət kifayət qədər böyük həcmdə investisiyadan gedir”, - o bildirib.

Onun sözlərinə görə, elektrik enerjisinin ixracı üçün Xəzər və Aral dənizlərinin külək potensialından istifadə edilməsi planlaşdırılır: “İndi biz layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamağa başlamışıq, ona uyğun olaraq inşaat işlərinin müddəti müəyyən ediləcək”.

Həftənin ən çox oxunanları

Bakının iki qəsəbəsində qaz olmayacaq

Bakının iki qəsəbəsində qaz olmayacaq
DAVAMIN OXU davamın oxu

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu