Əsas məzmuna keç

AzTV 70 yaşında: "Göstərir Bakı!"

AzTV 70 yaşında: "Göstərir Bakı!"

AzTV-nin 70 illik yubileyi! 1956-cı ildə Nəcibə Məlikovanın çıxışı və "Göstərir Bakı!" nidası ilə başlayan tarixi yolun maraqlı detalları və ilk efir həyəcanı burada.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bu gün Televiziyasının () fəaliyyətə başlamasından 70 il ötür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkənin ilk teleməkanı olan Televiziya Mərkəzi üçün binanın inşasına hələ 1954-cü ildə start verilib.

AzTV-nin Yaranma Tarixi: "Göstərir Bakı!" İlk Dəfə Nə Zaman Eşidildi?

Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ərsəyə gətirdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verilib. 1956-cı ilin fevralına qədər isə Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanıb.

Tarixi an fevralın 14-də baş tutub. "Göstərir Bakı!" kəlməsi ilə ilk efirdə əfsanəvi diktor Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Açılışdan dərhal sonra isə "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.

İlk Efir İlləri: Televiziya Mütəxəssisləri Necə Formalaşdı?

Bakı studiyası fəaliyyətinin ilk dövründə həftədə əvvəlcə iki, daha sonra üç dəfə olmaqla, cəmi iki saatlıq proqramla efirə çıxıb. Həmin vaxt televiziya sahəsində peşəkar mütəxəssislər olmadığından, işə əsasən radio, qəzet və teatr əməkdaşları dəvət olunub.

O illərdə proqramlaşdırma və şəbəkə modelləri haqqında anlayış hələ formalaşmamışdı. Buna görə də yeni kütləvi informasiya vasitəsi daha çox təsviri retranslyator kimi fəaliyyət göstərirdi. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi təqdim edəcəklərini kollektiv şəkildə qərara alırdılar.

Seçim imkanları isə o qədər də zəngin deyildi. Efirdə əsasən klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları və ictimai-siyasi müsahibələr yer alırdı. Xəbər buraxılışları isə diktorun qəzetlərdən oxuduğu 15 dəqiqəlik qısa məlumatlardan ibarət olurdu.

Yayım Saatlarının Təkamülü: 2 Saatdan Fasiləsiz Efirə

1957-ci ildən etibarən Azərbaycan televiziyası həftədə 5 dəfə efirə çıxmağa başlayıb və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırılıb. İnkişaf tempi sonrakı illərdə belə davam edib:

1962-ci ildə gündəlik efir proqramlarının həcmi 7 , 70-ci illərdə 10 saata, 80-ci illərdə isə 18 saata yüksəlib. 2005-ci ilin yanvarından isə televiziya tam olaraq 24 saatlıq fasiləsiz yayıma keçib.

Canlı TV

  1. ▶ AZTV Aztv xəbər
  2. ▶ İctimai TV Yayım hazırda açılmır
  3. ▶ İdman TV Yayım hazırda açılmır
  4. ▶ CBC Sport

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…