Əsas məzmuna keç

"Azericard": Kart əməliyyatlarındakı problem bizdən qaynaqlanmır

"Azericard": Kart əməliyyatlarındakı problem bizdən qaynaqlanmır

Ödəniş kartlarında yaranan nasazlıqla bağlı açıqlama gəldi. Prosessinq mərkəzi hesablaşma fayllarındakı xətanın səbəbini və vəsaitlərin bərpası prosesini izah edib.

en ru

Azərbaycanda bəzi bankların əməliyyatlarında texniki problem "Azericard" MMC-dən qaynaqlanmır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə şirkətdən bildirilib.

Məlumata əsasən, bu hal banklararası hesablaşma fayllarının emalı zamanı "Azericard"dan asılı olmayan texniki səbəbdən baş vermiş təkrarlanmalarla bağlı yaranıb: "Təkrarlanmış əməliyyatlar ləğv edilərək hesablar tədricən bərpa olunmaqdadır. Məsələ yaxın zamanlarda tam həllini tapacaq".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #yaranan#izah#kart
Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…