“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən indiyədək 623,9 milyon ton neft hasil olunub

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən indiyədək 623,9 milyon ton neft hasil olunub
16.10.2023 20:12
Aa
dəq

Cari ilin yanvar-sentyabr ayları üzrə ölkədə 22,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Respublika üzrə neft hasilatının 13,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 140 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,8 milyon ton təşkil edib.

Hesabat dövründə 19 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 16,7 milyon tonu konsorsiumun, 2,3 milyon tonu isə SOCAR-ın payına düşür.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin oktyabr ayınadək 623,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 580,4 milyon ton neft, “Şahdəniz”dən isə 43,5 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 622 milyon tonu ixraca nəql edilib.

2023-cü ilin yanvar-sentyabr ayları üzrə ölkədə neftin emalı 4,9 milyon ton təşkil edib.

Həftənin ən çox oxunanları