Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

2 dəq
Paylaş:
Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Milli Müdafiə Universitetinin rəisi general-mayor Baurjan Abjanovun rəhbərlik etdiyi Azərbaycanda rəsmi səfərdə olub. Müdafiə Nazirliyindən verilən məlumata görə, qonaqları Azərbaycan Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov qəbul edib.

Görüş zamanı Qazaxıstan nümayəndə heyətinə MMU-nun fəaliyyət istiqamətləri, təhsil sistemi və yaranma tarixi ilə bağlı brifinq təqdim olunub. Eyni zamanda, Azərbaycan Ordusunda hərbi təhsil sistemində aparılan islahatlar və onların effektivliyi barədə geniş fikir mübadiləsi aparılıb. Tərəflər hərbi təhsil sahəsində təcrübə mübadiləsinin hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsindəki rolunu vurğulayıblar.

Səfər çərçivəsində bir sıra hərbi təhsil müəssisələri ilə yaxından tanış olub:

  • MMU-nun tabeliyindəki Hərb Oyunları Mərkəzi;
  • adına Hərbi İnstitut;
  • Cəmşid Naxçıvanski adına Hərbi Lisey.

Qonaqlar təhsil müəssisələrindəki muzeylərini ziyarət edərək Ümummilli Liderin irsi ilə tanış olublar və xatirə kitabına ürək sözlərini yazıblar. Həmçinin Zəfər Muzeyinə baş çəkən nümayəndə heyətinə Vətən müharibəsində qazanılan tarixi qələbə haqqında ətraflı məlumat verilib. Səfər qarşılıqlı hədiyyələrin təqdim olunması və xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax