Operativ Məlumat Mərkəzi

"Azərbaycan–Türkiyə hərbi anlaşması regionun təhlükəsizlik subyektivliyini gücləndirəcək"

3 dəq
Paylaş:
"Azərbaycan–Türkiyə hərbi anlaşması regionun təhlükəsizlik subyektivliyini gücləndirəcək"
Milli Məclisin deputatı Sahib Alıyev Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclasında Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıqla bağlı...

Milli Məclisin deputatı Sahib Alıyev Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclasında Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıqla bağlı imzalanmış sənədi yüksək qiymətləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair anlaşma memorandumu iki qardaş dövlət arasında indiyədək imzalanmış ən mühüm sənədlərdən biridir:

“Bu anlaşma nəinki gələcəkdə digər türk dövlətlərini bu qəbildən əməkdaşlığa təşviq edəcək, eyni zamanda hər iki ölkənin müdafiə potensialını gücləndirməklə regionun təhlükəsizlik baxımından subyektivliyinin artmasına xidmət edəcək”.

Sahib Alıyev Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri zamanı işlətdiyi “azadlıq müharibəsi” ifadəsinə də toxunaraq qeyd edib ki, bu sənəd Azərbaycanın bu mərhələdə əldə etdiyi nəticələrin geri dönməz olduğunu bir daha təsdiqləyir:

“Bu anlaşma göstərir ki, azadlıq müharibəsi Qarabağ münaqişəsi kimi Azərbaycan üçün artıq başa çatıb və onun nəticələrini dəyişmək istəyənlər üçün heç bir imkan qalmayıb”.

Deputat Slovakiya səfəri çərçivəsində hərbi sahədə əməkdaşlıqla bağlı səsləndirilən fikirlərə də diqqət çəkib. Onun sözlərinə görə, bu əməkdaşlıq Qərbin hərbi texnologiyalarının Azərbaycan və regiona gətirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sahib Alıyev vurğulayıb ki, Azərbaycan azadlıq müharibəsi ilə təkcə öz suverenliyini bərpa etməyib, eyni zamanda region ölkələri üçün müstəqil və suveren siyasət yürütmək imkanlarının genişlənməsinə töhfə verib.

Deputat çıxışının sonunda müzakirəyə çıxarılan layihəni dəstəklədiyini bildirib və sənədin lehinə səs verəcəyini bəyan edib.

Afət ZİYADQIZI

Bu xəbəri paylaş

Oxşar xəbərlər