Operativ Məlumat Mərkəzi

Azərbaycanlı şagirdlər Fransada keçirilən olimpiadada yüksək nəticə göstərib

1 dəq
Paylaş:
Azərbaycanlı şagirdlər Fransada keçirilən olimpiadada yüksək nəticə göstərib
olimpiadaya 22 ölkədən 500 iştirakçı qatılıb.  Proqramlaşdırma, elm, riyaziyyat üzrə müsabiqələrə qatılan azərbaycanlı şagirdlər 9 qızıl, 23 gümüş, 7...

Fransanın paytaxtı Parisdə STEM Grand Final proqramı çərçivəsində keçirilən Beynəlxalq STEM Olimpiadasında Azərbaycanı təmsil edən 16 şagird bütün fənlər üzrə yüksək nəticə göstəriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, olimpiadaya 22 ölkədən 500 iştirakçı qatılıb.

Proqramlaşdırma, elm, riyaziyyat üzrə müsabiqələrə qatılan azərbaycanlı şagirdlər 9 qızıl, 23 gümüş, 7 bürünc medal, 3 fərqlənmə olmaqla ümumilikdə 42 medala laiq görülüb.

Qeyd edək ki, STEM Grand Final proqramı Beynəlxalq STEM Olimpiada - Elm, Texnologiya, Mühəndislik, Riyyaziyyat üzrə beynəlxalq olimpiadadı. Bu, məktəblilərin, gənclərin interaktiv eksperimentləri özündə əks etdirən elm mərkəzlərində imtahana hazırlaşdıqları və imtahan verdikləri STEM əsaslı müsabiqədir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər