Azərbaycanın XİN rəhbəri almaniyalı həmkarına regionun inkişafı perspektivlərini çatdırıb

Azərbaycanın XİN rəhbəri almaniyalı həmkarına regionun inkişafı perspektivlərini çatdırıb
04.11.2023 20:31
Aa
dəq

Almaniyalı həmkarıma Azərbaycan torpaqlarının işğaldan azad olunması, regionun inkişafı perspektivləri, Azərbaycanın baxışları çatdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbokla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Ceyhun Bayramov deyib ki, sülh təşəbbüsləri, sərhədlərin delimitasyiası və demarkaasiyası sahəsində Almaniya XİN başçısına məlumat verib:

“Təəssıüf ki, Ermənistanın mövqeyi səbəbindən bu üç istiqamətdə nəticələr əldə olunmayıb. Ermənistanın dəstəklədiyi qanunsuz rejim, Ermənistanın 10 minə yaxın hərbiçisinin olduğu birləşmələrin ölkəmizdən çıxarılmaması, separatizmin təşviqi təhlükə yaradırdı. Bununla əlaqədar Azərbaycanın antiterror əməliyyatı keçirməsi barədə həmkarıma məlumat verdim.”.

Xarici işlər naziri qeyd edib ki, Azərbaycan üç ilə məsələnin dialoq yolu həllini tapması üçün mümkün addımları atıb:

“Bunların qarşısını almaq mümkün olamdıqda Azərbaycan bütün beynəlxalq hüququ, huimanitar hüququ gözləyərək qısamüddətli antiterror əməliyyatı keçirib. Bunu BMT missiyası da təsdiq edib. Bunu həmin vaxt Ermənistan Baş naziri də təsdiq etmişdi. Təəssüf ki, sonradan Ermənistan Baş naziri bunu inkar etmişdi”.

APA

Həftənin ən çox oxunanları

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu