Azərbaycanın XİN başçısı Serbiya Prezidenti ilə regional hadisələri müzakirə edib - YENİLƏNİB

Azərbaycanın XİN başçısı Serbiya Prezidenti ilə regional hadisələri müzakirə edib - YENİLƏNİB
07.11.2023 15:05
Aa
dəq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfəri çərçivəsində Prezident Aleksandr Vuçiç tərəfindən qəbul edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüş zamanı iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, qarşılıqlı yüksək səviyyəli səfərlərin, o cümlədən, ötən ilin noyabr ayında Prezident İlham Əliyevin Serbiyaya dövlət səfərinin və Prezident Aleksandr Vuçiçin ötən ilin dekabr ayında Azərbaycana işgüzar səfərinin önəmi vurğulanıb.

Görüşdə ticarət və iqtisadi əlaqələrin inkişafı prespektivləri ətrafında fikir mübadiləsi aparılıb və Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti təqdir edilib.

İki ölkə arasında enerji, kənd təsərrüfatı, turizm və digər istiqamətlərdə strateji əməkdaşlığın etdirilməsi üçün geniş imkanların olduğu qeyd edilib.

Görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və regionda davamlı sülhün qurulması imkanları barədə fikir mübadiləsi aparılıb.

Prezident Aleksandr Vuçiç Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini bildirib və Azərbaycanın da Serbiyanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya rəsmi səfər çərçivəsində bu ölkənin Prezidenti Aleksandr Vuçiç ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə ikitərəfli strateji münasibətlərə dair məsələlər, əməkdaşlığın perspektivləri və son regional hadisələr müzakirə olunub.

Həftənin ən çox oxunanları

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu