Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Samir Əliyevin başçılıq etdiyi komanda IX turda Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Ballimena şəhərindəki “The Showgrounds” stadionunda keçirilən görüş ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 9 oyundan sonra Azərbaycan yığması 3 xalla qrupda sonuncu - altıncı, Şimali İrlandiya isə 10 xalla dördüncüdür.