Operativ Məlumat Mərkəzi

Azərbaycanın U-19 yığması Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb

1 dəq
Paylaş:
Azərbaycanın U-19 yığması Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in...

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv İslandiya ilə üz-üzə gəlib.

Moldovanın paytaxtı Kişinyovda təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib - 2:0.

Qeyd edək ki, U-19 noyabrın 16-da İrlandiya, bundan üç gün sonra isə meydan sahibləri ilə görüşəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər