Azərbaycanın Rusiyaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev noyabrın 5-də etimadnaməsini Rusiya Prezidenti Vladimir Putinə təqdim edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Kremlə istinadən xəbər verir.
Rusiya Prezidentinin sabah daha 27 diplomatın etimadnamələrini qəbul edəcəyi gözlənilir.
Mərasim ənənəvi olaraq Böyük Kreml Sarayının “Aleksandrov” zalında baş tutacaq.
Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Rəhman Mustafayevin Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.