Əsas məzmuna keç

Azərbaycanın mineral resursları üçün yeni xəritə hazırlanacaq

Azərbaycanın mineral resursları üçün yeni xəritə hazırlanacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi faydalı qazıntı yataqlarının dəqiq yerlərini müəyyən edəcək. Ölkənin təbii sərvətlərinin rəqəmsal uçotu necə olacaq?

en ru

Azərbaycanın işğaldan azad edilmiş əraziləri də daxil olmaqla, ölkənin potensialının xəritəsi hazırlanacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov İlham Əliyevin sədrliyi ilə "2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, hazırda "AzerGold" mineral resurs bazasının artırılması və yeni mədənlərdə istismara başlanılması məqsədilə genişmiqyaslı işlər görür.

"Proses 4 əsas mərhələdə həyata keçirilir. İlkin axtarış-qiymətləndirmə mərhələsində dövlət büdcəsi hesabına 15 min kvadratkilometr ərazidə tədqiqatlar davam etdirilir və işlərin 2027-ci ildə tamamlanması planlaşdırılır. Nəticədə işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, ölkənin mineral resurs potensialının xəritəsi hazırlanacaq. Naxçıvan Muxtar Respublikasında ilkin axtarış-qiymətləndirmə işlərini Sizin iştirakınızla Birləşmiş Ərəb Əmirlikləri şirkəti ilə imzalanmış müqavilə çərçivəsində planlaşdırılan birgə müəssisə həyata keçirəcək.

Axtarış-qiymətləndirmə mərhələsində hazırda 10 perspektivli qızıl-mis sahəsi üzrə işlər davam edir və bu mərhələnin də 2027-ci ildə yekunlaşdırılması planlaşdırılır. İlkin kəşfiyyat mərhələsində 5 yataq üzrə iqtisadi cəhətdən səmərəli ehtiyatların müəyyənləşdirilməsi davam etdirilir. Naxçıvanda "Göydağ" və "Başkənd" mis-qızıl yataqları, Balakəndə "Mazımçay" mis yatağı üzrə artıq ümumilikdə təxminən 1,5 milyon ekvivalenti unsiya ilkin resurs edilib. Naxçıvandakı "Nəsirvaz", Kəlbəcərdəki "Tutxun" qızıl yataqları üzrə isə ehtiyatların hesablanması davam edir. Sonuncu mərhələdə – dəqiq kəşfiyyat və texniki-iqtisadi əsaslandırma mərhələsində 3 yataq artıq istismara hazırlanır. "Söyüdlü" üzrə təxminən 1,03 milyon unsiya qızıl, "Ortakənd" üzrə 246 min unsiya qızıl, "Filizçay" üzrə isə 4 milyon qızıl ekvivalentində unsiya resurs müəyyən edilib", - deyə sədr qeyd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…