Operativ Məlumat Mərkəzi

Azərbaycanın icmal büdcəsində 9 milyard manata yaxın qalıq yaranıb

1 dəq
Paylaş:
Azərbaycanın icmal büdcəsində 9 milyard manata yaxın qalıq yaranıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 37 milyard 141,5 milyon manat, xərcləri isə 28 milyard 472,2 milyon manat təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,7 % və 9,9 % çoxdur.

Son nəticədə icmal büdcədə 8 milyard 669,3 milyon manat qalıq yaranıb ki, bu da 1 il əvvələ nisbətən 21,1 % azdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər