Operativ Məlumat Mərkəzi

Azərbaycanın ən yüksək dərəcəli medalı “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı olacaq

1 dəq
Paylaş:
Azərbaycanın ən yüksək dərəcəli medalı “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı olacaq
bu barədə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının...

Azərbaycanın ən yüksək dərəcəli medalı “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə “Vətən Müharibəsi Qəhrəmanı” medalı hissəsindən əvvəl “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı məzmunda yeni hissə əlavə edilsin.

Dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər