Əsas məzmuna keç

Azərbaycanın dövlət borcu 8% azaldı

Azərbaycanın dövlət borcu 8% azaldı

Maliyyə Nazirliyi rəsmi hesabat yaydı: Ölkənin daxili və xarici öhdəlikləri kəskin enib. İqtisadiyyatdakı bu mühüm dəyişikliyin əsas təfərrüatları ilə tanış olun.

en ru

Bu il aprelin 1-nə Azərbaycanın dövlət 24 milyard 464,7 və cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun () 18,7 %-i qədər olub.

“Operativ Məlumat Mərkəzi-OMM” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 8,1 % azdır.

Dövlət borcunun 4 milyard 689,3 milyon dolları və yaxud 7 milyard 971,8 milyon manatı xarici (ÜDM-in 6,1 %-i qədər), 16 milyard 492,9 milyon manatı isə daxili (ÜDM-in 12,6 %-i qədər) dövlət borclarıdır. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 7,6 % və 8,4 % azdır.

Bu ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2457,6 milyon manat xərc nəzərdə tutulub. I rübdə daxili üzrə 132,5 milyon manat (faiz borcu üzrə), xarici borc üzrə 391,7 milyon manat olmaqla (əsas borc üzrə 269,5 milyon manat, faiz borcu üzrə 122,2 milyon manat), ümumilikdə 524,2 milyon manat ödənilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…