Əsas məzmuna keç

Azərbaycanın bu bölgələrində qazın verilişi dayandırıldı

Azərbaycanın bu bölgələrində  qazın verilişi dayandırıldı

artıq bununla bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) Sumqayıt Qaz İstismarı Sahəsindən (QİS) abonentlərə...

Bu gün səhər saat 10:00-dan etibarən şəhərinin və rayonunun bəzi qəsəbələrində təbii verilişi dayandırılıb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, artıq bununla bağlı Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) Sumqayıt Qaz İstismarı Sahəsindən (QİS) abonentlərə xəbərdarlıq edilib.

Xəbərdarlıqda deyilir ki, fasilə Sumqayıtın Çerkassi küçəsində yeraltı orta təzyiqli D530 mm-lik qaz kəmərində sızmanın aradar qaldırılması məqsədi ilə baş verəcək.

Sumqayıt QİS-in Qəza xidməti tərəfindən işlər tamamlanana qədər Novruz, Təzə və Köhnə qəsəbələri, Yaşıldǝrǝ yaşayış massivi, Novxanı, Qurddərasi, Metallurq, Corat və Saray bağları, 47, 48, 49, 50, 51, 52-ci məhəllələr, 12, 13, 16 17, 18, 20 və 21-ci mikrorayonlarda yaşayan abonentlərin qaz təchizatı dayandırılacaq.

Qurum müvəqqəti narahatçılığa görə əhalidən üzr istəyir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…