Əsas məzmuna keç

Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyi gücləndirilir

Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyi gücləndirilir

Stefani Kim Bakıda: Dövlət Turizm Agentliyi yerli restoran və aşpazların "La Liste" reytinqinə düşməsi üçün mühüm addım atdı. Mətbəximizi nə gözləyir? Detallar...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Dövlət Agentliyinin təşkilatçılığı ilə beynəlxalq qastronomiya reytinqi və təsnifat platforması olan “La Liste” təşkilatının beynəlxalq direktoru Stefani Kim Azərbaycana səfər edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, səfərin əsas məqsədi Azərbaycanın zəngin kulinariya ənənələrinin, yerli məhsullarının və müasir sənayesinin beynəlxalq səviyyədə tanıdılması, həmçinin ölkənin qastronomiya potensialının “La Liste” kimi nüfuzlu beynəlxalq reytinq platformasında təşviqidir.

Səfər proqramı çərçivəsində Stefani Kim Bakının tanınmış hotelləri, restoranları və qastronomiya məkanlarını ziyarət edərək onların konsepsiyası və kulinariya yanaşmaları ilə yaxından tanış olub. Qonağa həm ənənəvi mətbəxindən, həm də beynəlxalq kulinariya trendlərindən müxtəlif kulinariya nümunələri təqdim edilib.

Stefani Kim Dövlət Turizm Agentliyində rəsmi görüşlər keçirib, eləcə də kulinariya sahəsinin nümayəndələri, aşpazlar, qastronomiya ekspertləri və sektorun digər təmsilçiləri ilə görüşərək fikir mübadiləsi aparıb.

Proqram əsasında ilə yanaşı, regionlara səfər edilib, yerli qastronomiya ənənələri, regional məhsullar və turizm imkanları ilə tanış olunub.

2015-ci ildə təsis edilmiş “La Liste” çoxsaylı qastronomiya bələdçilərindən və onlayn mənbələrdən toplanan məlumatlara əsaslanan beynəlxalq qastronomik reytinq platformasıdır. Platforma 700-dən çox beynəlxalq bələdçi, müxtəlif veb-saytlar və mətbuat rəylərindən istifadə edərək dünyanın ən yaxşı restoranlarını, hotellərini və şirniyyat mağazalarını vahid reytinqdə təqdim edir.

Hazırda 200 ölkədən 40 minə yaxın qastronomik obyekt üzrə məlumatı əhatə edən platforma minlərlə nəşrə, 1100-dən çox peşəkar mənbəyə və milyonlarla onlayn rəyə əsaslanaraq istifadəçilər üçün dünyanın hər yerindən yüksək səviyyəli qastronomik təcrübələri cəmləşdirir.

“La Liste” ilə əməkdaşlıq restoran və hotellər üçün beynəlxalq səviyyədə tanınmaq baxımından yeni imkanlar açaraq qlobal bazarda rəqabət üstünlüyü yaradır.

Qeyd edək ki, Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyinin möhkəmləndirilməsi, yerli restoranların və aşpazların qlobal səviyyədə tanıdılmasına dəstək verilməsi, həmçinin ölkəmizin qastronomiya turizmi istiqamətində potensialının təşviqi Dövlət Turizm Agentliyinin prioritetlərinə daxildir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…