Azərbaycanın 2 güləşçisi Avropa çempionu olub

Azərbaycanın 2 güləşçisi Avropa çempionu olub
14.02.2024 22:11
Aa
dəq

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yunan-Roma güləşçiləri çıxışlarını başa vurublar.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, son gündə Azərbaycanın daha 2 güləşçisi Avropa çempionu olub, 1-i gümüş medal qazanıb.

Ötən gün finala yüksələn Nihat Məmmədli (60 kq) və Həsrət Cəfərov (67 kq) həlledici dueldə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Finalda rəqibinə məğlub olan Ülvü Qənizadə (72 kq) isə ikinci yeri tutub.

Bu gün mübarizəyə qoşulan qadın güləşçilər Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) finala yüksəliblər. Onlar fevralın 15-də həlledici görüşlərdə müvafiq olaraq Evin Demirhan (Türkiyə) və Alina Filipoviçlə (Ukrayna) qarşılaşacaqlar.

Həftənin ən çox oxunanları