Əsas məzmuna keç

Azərbaycanda zəlzələ oldu - SON DƏQİQƏ

Azərbaycanda zəlzələ oldu - SON DƏQİQƏ

Respublika Seysmoloji Xidmət Mərkəzi yeraltı təkanlarla bağlı məlumat yayıb. Hansı bölgələrdə titrəyişlər qeydə alınıb və əhali üçün təhlükə varmı? Ətraflı oxuyun.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 12.06.2026-cı il tarixində yerli vaxtla saat 15:13 dəqiqədə Qəbələ seysmik stansiyasından 11 km cənub-qərbdə, Qəbələ rayonunda 42 km dərinlikdə 5.1 maqnituda zəlzələ qeydə alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən məlumat verilib.

Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5 - 3 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Qəbələ stansiyasından 11 km cənub-qərbdə Qəbələ rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.

Qeyd edilib ki, 5,1 maqnitudalı təkan yerli vaxtla 15:13-də, 42 km dərinlikdə baş verib.

İlkin ehtimala görə, zəlzələ 5 baldan yuxarı baş verib.

Bunu “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, məlumata görə, dağıntı olmasa da, yeraltı təkan hiss edilib.

Azərbaycanda zəlzələ olub.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, yeraltı təkan Ağdam, Şəmkir, Göygöl, Quba və bir neçə bölgədə hiss olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…