Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
11.07.2024 10:46
Aa
dəq

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,8 milyard manat yaxın olub.

"Operativ Məlumat Mərkəzi-OMM" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,1 % artaraq 1,8 milyard manat təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 12,6 % artaraq 100 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,7 % artaraq 74,6 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 7,7 % artaraq 486,8 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 8,3 % artaraq 340,6 milyon manat olub.

Həftənin ən çox oxunanları