Operativ Məlumat Mərkəzi

Azərbaycanda seçicilərin sayı artıb

1 dəq
Paylaş:
Azərbaycanda seçicilərin sayı artıb

Azərbaycanda seçicilərin sayı artıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə məlumat verib.

Onun sözlərinə görə, seçici siyahılarının dəqiqləşdirilməsi diqqət mərkəzində olub: "Hazırda seçicilərin ümumi sayı 6 milyon 354 min 556 nəfər təşkil edir".

“Dünyasını dəyişmiş şəxslərin adlarının seçici siyahılarında qalması yolverilməzdir. Bununla bağlı iş aparılır. Şəhidlərimizin də siyahısı MSK-ya təqdim olunub. Biz çalışmalıyıq ki, dünyasını dəyişmiş şəxslərin adları seçici siyahılarında olmasın”, - PA rəsmisi bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər