Azərbaycanda Rəqəmsal Məcəllənin layihəsinin hazırlanmasına başlanılır

Azərbaycanda Rəqəmsal Məcəllənin layihəsinin hazırlanmasına başlanılır
30.11.2023 10:05
Aa
dəq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Rəqəmsal Məcəllənin layihəsinin hazırlanmasına başlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, sənəd beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, rəqəmsal inkişaf sahəsində beynəlxalq və ölkədaxili təcrübə əsasında hazırlanacaq. Bu zaman xarici ölkələrin, xüsusən rəqəmsallaşma və elektron hökumət üzrə beynəlxalq reytinqlərdə ilk 10-luqda olan ölkələrin təcrübəsinə və qanunvericiliyinə, həmçinin ölkə daxili təcrübə və qanunvericiliyə dair materiallar və məlumatlar toplanılacaq, layihə ilə bağlı konsepsiya hazırlanacaq. Toplanan materialların və məlumatların təhlili əsasında Rəqəmsal Məcəllənin strukturu, tənzimetmə predmeti və gətirdiyi yenillikləri ehtiva edən konseptual sənəd ərsəyə gətiriləcək. Layihənin mətni “Normativ hüquqi aktlar haqqında” qanunun və ölkə Prezidentinin 6 oktyabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin tələbləri nəzərə alınaraq tərtib ediləcək.

Həftənin ən çox oxunanları

“Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb

“Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb
DAVAMIN OXU davamın oxu

XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edib

XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

“Google”dan rəsmi proqramlarla bağlı yenilik
DAVAMIN OXU davamın oxu

Natəvan Həsənova: Lider qadınlara sərmayə qoymaq və gender bərabərliyini dəstəkləmək vacibdir

Natəvan Həsənova: Lider qadınlara sərmayə qoymaq və gender bərabərliyini dəstəkləmək vacibdir
DAVAMIN OXU davamın oxu

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib
DAVAMIN OXU davamın oxu