Əsas məzmuna keç

Azərbaycanda İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsi planlaşdırılır

Azərbaycanda İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsi planlaşdırılır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsini planlaşdırır. Bunu Dövlət Vergi Xidmətinin (DVX)...

İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidməti İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsini planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin (DVX) müavini Samirə Musayeva “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bazarlarının inkişafı ölkənin prioritet sahələrindən biridir.

"Bu istiqamətdə Mərkəzi Bankı (AMB) ilə birgə qanunvericiliyin təkmilləşdirilməsi üzərində iş aparılır. “Hüquqi bazanın yaradılması ilə yanaşı, bu sahədə institusional bazanın da formalaşdırılması vacibdir. Birjanın fəaliyyəti və onun üzvlərinin inkişafı bu prosesin ayrılmaz tərkib hissəsidir”, - deyə S.Musayeva qeyd edib.

DVX-nin rəis müavini xatırladıb ki, kapital bazarının inkişafına dəstək məqsədilə 2023-cü il fevralın 1-dən etibarən, tənzimlənən bazarda ticarətə buraxılan səhm üzrə əldə edilən faiz, dividend və diskont gəlirlərinə 5 illik vergi azadolmaları tətbiq edilib: "Bundan əlavə, 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək Vergi Məcəlləsinə dəyişikliklərinə uyğun olaraq, birjada ticarət olunan səhmlərin alqı-satqısını həyata keçirən və İPO-ya çıxan müəssisələrə investisiya marağını artırmaq üçün çevik vergi tənzimləmələri nəzərdə tutulur".

S. Musayeva əlavə edib ki, hazırda Dövlət Vergi Xidməti və Azərbaycan Mərkəzi Bankı kapital bazarları ilə bağlı hüquqi və institusional bazanın hazırlanması üzərində işləyir. “Bu hazırlıqlar tamamlandıqdan sonra İPO-ların vergi yolu ilə dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirəcəyik”.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 26.11.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…