Əsas məzmuna keç

Azərbaycanda Fondlar Fondu yaradılır: Prezident fərman imzaladı

Azərbaycanda Fondlar Fondu yaradılır: Prezident fərman imzaladı

İlham Əliyevin təsdiqlədiyi fərmanla vençur kapitalı və startaplara investisiya üçün yeni mexanizm qurulur. 2026-2028-ci illərin maliyyə detalları xəbərimizdə.

en ru

Azərbaycanda yerli və beynəlxalq vençur kapitalı fondlarından ibarət birgə "Fondlar Fondu"nun yaradılması nəzərdə tutulur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu mühüm qərar İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.

Təsdiqlənmiş sənədə əsasən, yaradılacaq qurum ölkədəki startap ekosisteminə birbaşa investisiya qoyuluşunu həyata keçirəcək.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi isə dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…