Azərbaycanda devalvasiya olacaq? - AÇIQLAMA

Azərbaycanda devalvasiya olacaq? - AÇIQLAMA
23.08.2024 21:37
Aa
dəq

Azərbaycanda devalvasiya olacağı, 1 dolların ən azı 2 manata qalxacağına dair xəbərlər son günlər yenidən intensiv şəkildə yayılmağa başlayıb. Görəsən həqiqətənmi dollar qalxacaq və dollar devalvasiyaya uğrayacaq? Ekspertlər bununla bağlı hansı proqnozları verir?

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, professor Elşad Məmmədov məsələ ilə bağlı bildirib ki, valyuta bazarındakı sabitliyə əsas təsir göstərən fundamental amillərdən biri xarici ticarətdəki vəziyyətdir. Azərbaycanda ixrac ənənəvi şəkildədir, uzun müddət ərzində idxalı üstələdiyini görürük.

İqtisadçı-ekspert son aylarda bu müsbət yöndə azalmalar müşahidə edildiyini, ancaq hələ də ixracın idxalı üstələdiyini qeyd edib. Ona görə də ekspert hesab edir ki, bu amil valyutamızın sabit saxlanması üçün müvafiq müsbət təsirlər göstərir. Mərkəzi Bank ən az yaxınmüddətli perespektivdə valyutamızın sabitliyini qorumaq üçün bütün imkanlara malikdir.

“Digər tərəfdən kapital qaçışı ilə effektiv mübarizə aparılmalıdır. Bu istiqamətlər üzrə Mərkəzi Bank bir sıra müsbət addımlar atmışdır. Ardıcıl şəkildə daha zəngin mexanizmlərlə ölkədən kapital çıxışının effektiv şəkildə qarşısının alınması ilə bağlı tədbirlər görülməlidir. Çünki bu kapital çıxışı ilə bağlı olan vəziyyət ümumiyyətlə son illərdə bir trend halını almışdır”, - deyə espert vurğulayıb.

O, bildirib ki, bu istiqamətdə proseslərlə effektiv şəkildə mübarizə aparılmalıdır ki, kapital qaçışının qarşısı alınsın. Əks halda, nə qədər xarici ticarətdə müsbət saldo olsa belə problemlər qaçılmaz olur.

The dollar smile theory: what is it and is it still valid in the new market  regime?

Valyuta bazarındakı dayanıqlılıq nədən asılıdır?

Sualla bağlı iqtisadçı-ekspert hesab edir ki, maksimum şəkildə yerli istehsal stimullaşdırılmalıdır, idxalın əvəz olunması həyata keçirilməlidir. Çünki son nəticədə valyuta bazarındakı dayanıqlılıq, yerli istehsalın inkişafından asılıdır.  Əgər yerli istehsal lazımi şəkildə inkişaf etdirilərsə, o zaman valyutanın da sabitliyinə çox müsbət təsirlər göstərə bilərik. Bu baxımdan mənə elə gəlir ki, Mərkəzi Bank pul-kredit siyasətini yumşaltmalı, investisiyaların artımına xidmət edən siyasəti həyata keçirməlidir ki, biz yerli istehsalın stimullaşdırılması vasitəsilə idxalın həcminin artması ilə lazımi şəkildə mübarizə apara bilək.

Çünki son nəticədə investisiyalar azalırsa, idxaldan asılılıq artır və təbii olaraq Mərkəzi Bank milli valyutanın devalvasiyası riski ilə üz-üzə qala bilər. Son nəticədə idxal çox artar, ixrac azalarsa o zaman devalvasiya riskləri də arta bilər.

“Ona görə də mənə elə gəlir ki, yerli istehsalın stimullaşdırılması, investisiyaların artımı pul-kredit siyasətini yumşaldılması zəruridir ki, biz o cümlədən devalvasiya riskləri ilə effektiv mübarizə apara bilək”, - deyə ekspert sonlandırıb.

Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib ki, ölkəmizdə makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir.

Azərbaycan Prezidenti: “Manatın məzənnəsi altı ildir ki, sabitdir” - Oxu.az

Dövlət başçısı deyib ki, bu düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. “Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Amma, ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsinədir. Bizdə isə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Qeyd edək ki, 2006-cı il yanvarın 1-də 1:5000 miqyasında həyata keçirilən denominasiyadan sonra ilk devalvasiyaya qədər dolların məzənnəsi 2006-cı il yanvarın 3-də (0,9184 AZN/USD) ucuzlaşmağa başlayaraq, 2014-cü il iyunun 10-da minimal həddə (0,7842 AZN/USD) enib.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Qarabağ və Şərqi Zəngəzurda daha bir universitet yaradıla bilər - AÇIQLAMA

Qarabağ və Şərqi Zəngəzurda daha bir universitet yaradıla bilər - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Təhsil haqqının artırılmasının səbəbləri nələrdir? - AÇIQLAMA

Təhsil haqqının artırılmasının səbəbləri nələrdir? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Sülh adı gələndə İranın “başı ağrıyır”, əsəbiləşir - FAZİL MUSTAFADAN SƏRT AÇIQLAMA

Sülh adı gələndə İranın “başı ağrıyır”, əsəbiləşir - FAZİL MUSTAFADAN SƏRT AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Zəngəzur dəhlizində özəl şirkət fəaliyyət göstərə bilər?

Zəngəzur dəhlizində özəl şirkət fəaliyyət göstərə bilər?
DAVAMIN OXU davamın oxu

"Antiterror əməliyyatından sonra bölgədə vəziyyət stabildir" - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu