Azərbaycanda aqrar sektor 3 % böyüyüb

Azərbaycanda aqrar sektor 3 % böyüyüb
17.11.2023 19:36
Aa
dəq

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 10 milyard 865,5 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 2,7 % artaraq 5 milyard 731 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,3 % artaraq 5 milyard 134 milyon manat təşkil edib.

Noyabr ayının 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 3 172,6 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8 % çox dənli və dənli paxlalı bitkilər, 989,3 min ton (4,0 % az) kartof, 1 753,6 min ton (1,4 % çox) tərəvəz, 438,2 min ton (6,5 % az) bostan məhsulları, 1 084,5 min ton (2,4 % çox) meyvə və giləmeyvə, 217,5 min ton (6,3 % çox) üzüm, 1 102,4 ton (15,5 % çox) yaşıl çay yarpağı, 29,2 min ton (2,5 % çox) günəbaxan, 125,1 min ton (18,6 % az) şəkər çuğunduru, 4,2 min ton (12,2 % çox) tütün və 168,9 min ton (15,1 % az) pambıq yığılıb.

10 ay ərzində quş əti də daxil olmaqla diri çəkidə 485,4 min ton ət, 1 864,5 min ton süd, 1 832,5 milyon ədəd yumurta, 15,1 min ton yun, 357 ton barama istehsal olunmuşdur.

2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 %, süd istehsalı 1,5 %, yumurta istehsalı 10,5 %, barama istehsalı 4,6 % artıb, yun istehsalı isə 3 % azalıb.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu