Azərbaycan XİN Sudanı təbrik edib

Azərbaycan XİN Sudanı təbrik edib
01.01.2025 18:56
Aa
dəq

Azərbaycanın Xarici İşlər Nazirliyi Sudanı Müstəqillik Günü münasibətilə təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə səhifəsində paylaşım edilib.

“Sudanı Milli Günü münasibətilə təbrik edirik! Milli Günün mübarək, Sudan”, – yazıda qeyd olunub.

Qeyd edək ki, 1956-cı il yanvarın 1-də Sudan Böyük Britaniya və Misirin ortaq idarəsi altında olan protektorat statusundan çıxaraq müstəqilliyini elan etmişdi.

Həftənin ən çox oxunanları