Əsas məzmuna keç

Azərbaycan XİN dünyanı minatəmizləməyə dəstək verməyə çağırdı

Azərbaycan XİN dünyanı minatəmizləməyə dəstək verməyə çağırdı

Xarici İşlər Nazirliyi hərbi sursatların yenidənqurma və köçkünlərin qayıdışına ciddi maneə olduğunu bildirdi. Mina qurbanları üçün dünyaya müraciət ünvanlanıb.

en ru

Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Xəbərdarlığı və Mina Təhlükəsinə qarşı Mübarizə Günü ilə əlaqədar minaların ağır humanitar fəsadlarının aradan qaldırılmasına sadiq olduğunu bir daha təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə nazirliyin rəsmi "X" hesabında xüsusi paylaşım edilib.

Paylaşımda Azərbaycanın mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələr sırasında qalmaqda davam etdiyi vurğulanıb. Qeyd olunub ki, minalar və partlamamış hərbi sursatlar insan həyatı üçün ciddi təhlükə yaratmaqla yanaşı, yenidənqurma işlərinə və köçkünlərin təhlükəsiz qayıdışına böyük əngəl törədir.

XİN beynəlxalq ictimaiyyətə müraciət edərək, humanitar minatəmizləmə səylərinə və mina qurbanlarına göstərilən yardıma dəstəyi gücləndirməyə çağırıb: "Minasız gələcək davamlı , inkişaf və insan təhlükəsizliyi üçün zəruridir".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…