Əsas məzmuna keç

Azərbaycan XİN Çanaqqala şəhidlərinin xatirəsini andı

Azərbaycan XİN Çanaqqala şəhidlərinin xatirəsini andı

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında Çanaqqala şəhidlərinə dair paylaşım edilib. Paylaşımda deyilir: "18 Mart – Çanaqqala Zəfəri...

en ru

Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında Çanaqqala şəhidlərinə dair paylaşım edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, paylaşımda deyilir:

"18 Mart – Çanaqqala Zəfəri Günüdür. Çanaqqala müharibəsində böyük fədakarlıq göstərmiş şəhidlərimizin xatirəsini dərin və ehtiramla anırıq. Onların göstərdiyi şücaət və birlik ruhu Azərbaycan ilə arasındakı qardaşlıq əlaqələrinin sarsılmaz təməlini təşkil edir. Ruhları şad olsun".

Qeyd edək ki, martın 18-i Birinci Dünya müharibəsinin ən qanlı hərbi əməliyyatlarından biri olan Çanaqqala döyüşlərinin anım günüdür. Bu gün tarixin ağrılı olduğu qədər də şərəfli günlərindən sayılan Çanaqqala Dəniz Zəfərindən 111 il keçir.

Hər il bu gün Türkiyədə Çanaqqala Dəniz Zəfəri və 18 Mart - Şəhidləri Anma Günü kimi yad edilir. Bu döyüşlərdə Osmanlı Ordusu 250 min şəhid versə də, Çanaqqala boğazının keçilməz olduğunu düşmənə sübut edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…