Əsas məzmuna keç

Azərbaycan və Sudan diplomatik pasport sahibləri üçün vizaları ləğv edib

Azərbaycan və Sudan diplomatik pasport sahibləri üçün vizaları ləğv edib

Sudan və Azərbaycan arasında diplomatik pasport sahibləri üçün vizaların ləğv edilməsi haqqında saziş qüvvəyə minib. Bu barədə Sudanın Xarici İşlər və...

en ru tr

Sudan və arasında diplomatik sahibləri üçün vizaların ləğv edilməsi haqqında qüvvəyə minib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Sudanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.

Sənəd Azərbaycan parlamenti tərəfindən ratifikasiya edildikdən sonra 2026-cı il noyabrın 26-da qüvvəyə minib.

Saziş bu ilin may ayının 19-da Sudan XİN rəhbəri Muhi əd-Din Salem Əhmədin Bakıya səfəri zamanı imzalanıb.

Sudanın xarici siyasət idarəsindən bildirilib ki, bu addım ikitərəfli əlaqələrin inkişafına, iki ölkənin rəsmi qurumları arasında təmasların və koordinasiyanın möhkəmləndirilməsinə, eləcə də qarşılıqlı fəaliyyət sahələrinin genişləndirilməsinə təkan verir.

Qurumdan həmçinin qeyd edilib ki, razılaşma dövlətlərin hər iki ölkənin, onların xalqlarının maraqları naminə siyasi dialoqu davam etdirmək və tərəfdaşlığı dərinləşdirmək istəyini əks etdirir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…