Operativ Məlumat Mərkəzi

Azərbaycan və Qazaxıstan baş nazirləri strateji əməkdaşlığlarını müzakirə edib

1 dəq
Paylaş:
Azərbaycan və Qazaxıstan baş nazirləri strateji əməkdaşlığlarını müzakirə edib
Bu gün Baş nazir Əli Əsədov və Qazaxıstan Baş naziri Əlixan Smailov arasında telefon danışığı olub. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlər...

Bu gün Baş nazir Əli Əsədov və Qazaxıstan Baş naziri Əlixan Smailov arasında telefon danışığı olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlər Kabinetindən xəbər verilib.

Əli Əsədov Əlixan Smailovu yenidən Qazaxıstan Baş naziri təyin edilməsi münasibəti ilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı zamanı iki ölkə arasında dostluq münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib, Azərbaycan-Qazaxıstan strateji əməkdaşlığının perpektivləri müzakirə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər