Operativ Məlumat Mərkəzi

Azərbaycan və Özbəkistan birgə minik avtomobillərin istehsalı kompleksini yaradır

1 dəq
Paylaş:
Azərbaycan və Özbəkistan birgə minik avtomobillərin istehsalı kompleksini yaradır

Azərbaycan-Özbəkistan birgə müəssisəsi “Azərmaş CP” MMC tərəfindən Hacıqabul Sənaye Məhəlləsinin ərazisində investisiya həcmi 104 milyon manat olan minik avtomobillərin istehsalı kompleksi yaradılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir qeyd edib ki, “Azərmaş CP” MMC-yə Hacıqabul Sənaye Məhəlləsinin rezidenti statusu verilib və rezidentlərin sayı 14-ə çatıb.

Şirkət tərəfindən bu istehsal kompleksində 1 200 nəfər işlə təmin ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər