Əsas məzmuna keç

Azərbaycan və Niderland XİN rəhbərləri görüşüb

Azərbaycan və Niderland XİN rəhbərləri görüşüb

bu barədə XİN-in "X" hesabında bildirilib. Görüşdə iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Xarici İşlər...

Azərbaycanın naziri ATƏT-in Vyanada keçirilən 32-ci Nazirlər Şurası iclası çərçivəsində Niderlandın XİN rəhbəri Van Veel ilə görüş keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib.

Görüşdə iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb. Bu format çərçivəsində ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq tədbirlərdə qarşılıqlı təmaslar və yüksək səviyyəli səfərlərin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…