Azərbaycan və Əlcəzairin XİN başçıları görüşüb

Azərbaycan və Əlcəzairin XİN başçıları görüşüb
06.07.2023 22:15
Aa
dəq

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər İclası çərçivəsində ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə görüşüb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Əlcəzair arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətindən söz açılıb.

Bütün istiqamətlərdə münasibətlərin dərinləşdirilməsi məqsədilə siyasi məsləhətləşmələr mexanizminin, hökumətlərarası iqtisadi komissiyaların iclasları və biznes forumların keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ölkələrimiz arasında əməkdaşlığın yüksələn xətlə inkişafından məmnun olduğunu bildirib. Ölkəmizin COVID-19 pandemiyası ilə əlaqədar olaraq çətin bir dövrdə Qoşulmama Hərəkatına uğurlu sədrliyinə görə təbrik edən nazir Əhməd Attaf Hərəkatın təsisatlanması istiqamətində irəli sürdüyü təşəbbüsləri təqdir edib. Bu xüsusda, Hərəkat çərçivəsində müxtəlif platformaların yaradılması təşəbbüsünü yüksək qiymətləndirib.

Görüşdə habelə iki ölkə arasında enerji, kənd təsərrüfatı, əczaçılıq və tibbi texnika və digər sahələrdə əməkdaşlıq perspektivləri, regional və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Həftənin ən çox oxunanları

İlham Əliyev: Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq

İlham Əliyev: Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq
DAVAMIN OXU davamın oxu

Azərbaycanın bəzi beynəlxalq katibliklərlə imzaladığı Razılaşma təsdiqlənib

Azərbaycanın bəzi beynəlxalq katibliklərlə imzaladığı Razılaşma təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Azərbaycanla Efiopiya arasında imzalanmış Anlaşma Memorandumu təsdiq edilib

Azərbaycanla Efiopiya arasında imzalanmış Anlaşma Memorandumu təsdiq edilib
DAVAMIN OXU davamın oxu

"Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyidir"

DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov: ATƏT fəaliyyətini günümüzün reallıqlarına uyğun qurmalıdır

Ceyhun Bayramov: ATƏT fəaliyyətini günümüzün reallıqlarına uyğun qurmalıdır
DAVAMIN OXU davamın oxu