Operativ Məlumat Mərkəzi

Azərbaycan və Əlcəzair ali məhkəmələri əməkdaşlıq edəcək

1 dəq
Paylaş:
Azərbaycan və Əlcəzair ali məhkəmələri əməkdaşlıq edəcək
Azərbaycan və Əlcəzair ali məhkəmələri əməkdaşlıq edəcək. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ali Məhkəmənin Mətbuat Xidmətindən məlumat verilib....

Azərbaycan və Əlcəzair ali məhkəmələri əməkdaşlıq edəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ali Məhkəmənin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Əlcəzairə səfər edib. O, Əlcəzair Ali Məhkəməsinin yaradılmasının 60 illiyi münasibətilə müxtəlif ölkələrin ali məhkəmələrinin sədrlərinin və rəsmi nümayəndələrinin qatıldığı beynəlxalq konfransda iştirak edib. İ.Kərimov çıxışında deyib ki, Azərbaycanda məhkəmə sahəsində rəqəmsallaşma dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

O, Əlcəzair Ali Məhkəməsinin sədri Tahar Mamouni ilə görüşüb, əməkdaşlığın genişləndirilməsi, əlaqələrin dərinləşdirilməsi məqsədilə Azərbaycan və Əlcəzair ali məhkəməsi arasında anlaşma memorandumu imzalanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər