Əsas məzmuna keç

Azərbaycan və BP yeni əməkdaşlıq planlarını müzakirə etdi

Azərbaycan və BP yeni əməkdaşlıq planlarını müzakirə etdi

Mikayıl Cabbarov Britaniya şirkəti ilə dekarbonizasiya və yaşıl enerji layihələrini masaya yatırıb. Strateji tərəfdaşlıqda hansı mühüm yeniliklər gözlənilir?

en ru

Azərbaycanla BP şirkəti arasında yeni işbirliyi istiqamətləri müzakirə olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu iqtisadiyyat naziri "X" sosial şəbəkəsindəki hesabında bildirib.

" Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birlikdə BP şirkətinin yeni baş icraçı direktoru Meq O`Nillə görüşdük. Şirkətin qlobal biznes əməliyyatları, Azərbaycanla uzunmüddətli səmərəli əməkdaşlığı və regionda həyata keçirilən layihələri barədə fikirlərimizi bölüşdük. Ölkəmizlə BP şirkəti arasında yeni işbirliyi istiqamətlərini müzakirə etdik. Meq O`Nilə yeni vəzifəsində uğurlar arzulayırıq", - deyə nazir qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…