“Azərbaycan türkün gücünü döyüş meydanında bütün dünyaya göstərdi”

“Azərbaycan türkün gücünü döyüş meydanında bütün dünyaya göstərdi”
10.04.2023 11:12
Aa
dəq

“Bu gün Türkiyənin milli müdafiə sənayesinin 80 faizi yerli istehsaldır. Əgər biz bu səviyyəyə çatmasaydıq, Türkiyə pilotsuz uçuş aparatları (PUA) istehsal etməsəydi, hava hücumundan müdafiə sistemlərini, hücum silahlarını, PUA-lar da daxil olmaqla bütün imkanlarımızı ortaya qoymasaydıq, Azərbaycan Qarabağı işğaldan azad etməkdə çətinlik çəkərdi”.

"Operativ Məlumat Mərkəzi-OMM" “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O vurğulayıb ki, Azərbaycan müharibəyə başladı və döyüş meydanında türkün gücünü bütün dünyaya göstərdi, işğal edilmiş torpaqlarını azad etdi.

M.Çavuşoğlu söyləyib ki, Türkiyənin daxildə bəzi qüvvələr İkinci Qarabağ müharibəsi dövründə Ankaranın Azərbaycana kömək etdiyini deyirlər: “Belə fikirlər söyləyənlər oldumu? Oldu. Həmin şəxslər müxalifət partiyalarının rəhbərliyində təmsil olunurlarmı? Olunurlar”.

XİN başçısı deyib ki, Türkiyə artıq həm oyun quran, həm də Türkiyəyə qarşı hesablanmış oyunların qarşısını alan bir dövlətdir: “Biz təkcə regional yox, həm də qlobal siyasi aktoruq. Türkiyə və türk milləti hər zaman çətinə düşən, köməyə ehtiyacı olanın yanında olub. Dəstəklərinə görə təşəkkür etdiklərimiz də eyni şeyi deyirlər. Söyləyirlər ki, hər zaman Türkiyə gələrdi, indi biz gəldik. Bizə dəstək olan ölkələrə bir daha təşəkkür edirəm".

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu