Operativ Məlumat Mərkəzi

Azərbaycan ŞƏT-dəki statusunun dəyişdirilməsi üçün müraciət edib

2 dəq
Paylaş:
Azərbaycan ŞƏT-dəki statusunun dəyişdirilməsi üçün müraciət edib

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq üzrə tərəfdaş statusunun müşahidəçi ölkəyə dəyişdirilməsi ilə bağlı müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu "İzvestiya" qəzetinə İranın ŞƏT Katibliyindəki milli koordinatoru Mehrdad Kiayei deyib.

“Bir neçə ölkə, o cümlədən Kamboca, Şri-Lanka, Ermənistan, Banqladeş, Azərbaycan və digər ölkələr təşkilata üzv olmaq üçün müraciət edib. Bu ölkələr (Banqladeşdən başqa - red.) statuslarını dialoq üzrə tərəfdaşdan müşahidəçi statusuna dəyişmək istəyirlər. Prinsipcə, bu məsələyə baxmağa və müvafiq müraciət edənlər və təşkilata üzv dövlətlərlə razılaşaraq müəyyən nəticəyə gəlməyə hazırıq”, - o bildirib.

Onun sözlərinə görə, əvvəlcə onlar müşahidəçi olmalıdırlar və yalnız bundan sonra tam iştirakçı ola bilərlər: “Banqladeş dialoq üzrə tərəfdaşlardan biri deyil, lakin müşahidəçi statusuna gedən yolda bu mərhələdən yan keçmək olar. Bunun üçün təşkilatın bütün üzvlərinin razılığı lazımdır”.

Qeyd edək ki, ŞƏT-in yaradılması haqqında bəyannamə 2001-ci ilin iyununda Şanxayda Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistan tərəfindən imzalanıb. 2017-ci ildə Hindistan və Pakistan ŞƏT-in tamhüquqlu üzvü olub. Azərbaycan təşkilatda dialoq üzrə tərəfdaş statusuna malikdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər