Əsas məzmuna keç

Samur çayına düşən 5 Pakistan vətəndaşı təxliyə edilib - VİDEO

Samur çayına düşən 5 Pakistan vətəndaşı təxliyə edilib - VİDEO

Mayın 25-də saat 22:20-də Dövlət Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı tərəfindən dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandasına qaldırılaraq xidməti ərazi qapadılmış, Federasiyasının sərhəd nümayəndəliyi məlumatlandırılıb. Dövlət sərhədini pozmağa cəhd edərkən Samur çayının təhlükəli relyefi və güclü axınında köməksiz vəziyyətdə qalaraq həyati təhlükə ilə üzləşən sərhəd pozucularının xilas edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilib. Sərhədçilərin peşəkar müdaxiləsi nəticəsində onların təxliyəsi mümkün olub.

Saxlanılan şəxslərin İslam Respublikası vətəndaşları – 1975-ci il təvəllüdlü Begüm Raqia, 1991-ci il təvəllüdlü Ahmed Suleyman, 2000-ci il təvəllüdlü Sumera Süleyman Ahmed, 2021-ci il təvəllüdü Suleman , 2022-ci il təvəllüdlü Skender Muhammed Sultan olduğu müəyyənləşdirilib.

Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…