Operativ Məlumat Mərkəzi

Azərbaycan səfiri etimadnaməsini Panama Prezidentinə təqdim edib

1 dəq
Paylaş:
Azərbaycan səfiri etimadnaməsini Panama Prezidentinə təqdim edib
Azərbaycan səfiri Məmməd Talıbov etimadnaməsini Panama Prezidenti Laurentino Kortisoya təqdim edib. "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu...

Azərbaycan səfiri Məmməd Talıbov etimadnaməsini Panama Prezidenti Laurentino Kortisoya təqdim edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Azərbaycanın Panamada fövqəladə və səlahiyyətli səfiri kimi akkreditasiyamı təsdiq edən etimadnaməmi təqdim etmək mənim üçün şərəfdir. Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırdım və ölkələrimiz arasında dostluq, əməkdaşlıq münasibətlərini bundan sonra da inkişaf etdirməyə hazır olduğumuzu təsdiq etdim”, - paylaşımda qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər