Əsas məzmuna keç

Azərbaycan Prezidenti: Fransada Natəvanın heykəlinə qarşı vandalizm aktı ikili standartların nümayişidir

Azərbaycan Prezidenti: Fransada Natəvanın heykəlinə qarşı vandalizm aktı ikili standartların nümayişidir

Bir neçə ay sərf etməli olduq ki, həmin abidəni (Natəvanın aktına məruz qalmış heykəli – red.) Eviandan götürüb Azərbaycanın Mədəniyyət Mərkəzinin həyətinə gətirib orada yerləşdirək. Hazırda Natəvanın abidəsi oradadır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Forumunda çıxışı zamanı söyləyib.

Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bu, əslində, onu göstərir ki, biz suverenliyimizi bərpa etdikdən sonra nə ilə üzləşmişik. Bu, əslində, standartların nümayişidir”. Fransanın ərazi bütövlüyünü bərpa etməyə kömək olmaq üçün Ukraynaya hərbi qüvvələrini göndərməsi ilə bağlı bəyanata toxunan Prezident İlham Əliyev vurğulayıb ki, bizim ərazi bütövlüyümüzün bərpasına gəldikdə, onlar Azərbaycanı cəzalandırmağa çalışırlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…