Əsas məzmuna keç

Azərbaycan Portuqaliyada səfirlik açır

Azərbaycan Portuqaliyada səfirlik açır

Rəsmi Bakı və Lissabon arasında diplomatik əlaqələr yeni mərhələyə qədəm qoyur. Azərbaycanın Avropa İttifaqı ölkəsindəki ilk səfirliyinin açılışı nələri dəyişəcək?

en ru

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Azərbaycanın Portuqaliyada Səfirliyinin təsis edilməsini parlamentin növbədənkənar iclasına tövsiyə edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı komitənin iclası keçirilib.

Komitədə diqqətə çatdırılıb ki, " Respublikasının Portuqaliya Respublikasında Səfirliyin təsis edilməsi haqqında" qanun layihəsinə əsasən inzibati bina Lissabon şəhərində olacaq.

Layihə komitə iclasında qəbul edilərək növbədənkənar iclasa tövsiyə edilib.

Qeyd edək ki, Portuqaliya Prezidenti Antoniu Joze Sequru iyunun 5-də azərbaycanlı həmkarı İlham Əliyevə ünvanlandığı təbrik məktubunda Bakıda və Azərbaycanın Lissabonda səfirliyinin açılmasını iki tərəfli əlaqələrin inkişafına töhfə verəcəyini vurğulamışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…