Əsas məzmuna keç

Azərbaycan Portuqaliyada səfirlik açır: MM qərarı təsdiqlədi

Azərbaycan Portuqaliyada səfirlik açır: MM qərarı təsdiqlədi

Milli Məclis Lissabonda diplomatik missiyanın təsis edilməsi ilə bağlı qanun layihəsini qəbul etdi. İki ölkə arasında əlaqələr yeni mərhələyə qədəm qoyur.

ru en

Azərbaycanın Portuqaliyada səfirliyinin təsis edilməsini təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı məsələ parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən Lissabon şəhərində yerləşəcək.

Milli Məclisin deputatı Samir Vəliyev bildirib ki, Azərbaycanla Portuqaliya münasibətləri dostluq əlaqələri üzərində qurulub:

"Azərbaycanın Lissabonda səfirliyinin açılması iki ölkə arasında əlaqələrə ciddi töhfələr verəcək. Bu eyni zamanda parlamentlərarası münasibətə də təkan verəcək".

Milli Məclisin münasibətlər və parlamentlərarası komitəsinin sədri Səməd Seyidov da iki ölkə arasında münasibətlərin yaxşı olduğunu deyib:

"Bu yaxınlarda Portuqaliyanın da Azərbaycanda səfirliyi fəaliyyətə başlayacaq".

Müzakirələrdən sonra layihə bir oxunuşda qəbul edilib.

Qeyd edək ki, Portuqaliya Prezidenti Antoniu Joze Sequru iyunun 5-də azərbaycanlı həmkarı İlham Əliyevə ünvanlandığı təbrik məktubunda Bakıda və Azərbaycanın Lissabonda səfirliyinin açılmasını iki tərəfli əlaqələrin inkişafına töhfə verəcəyini vurğulamışdı.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…