Əsas məzmuna keç

Azərbaycan-Özbəkistan hərbi mütəxəssisləri praktiki məşğələləri izləyiblər

Azərbaycan-Özbəkistan hərbi mütəxəssisləri praktiki məşğələləri izləyiblər

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanmış 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Özbəkistanın Müdafiə Nazirliyinin...

Müdafiə nazirlikləri arasında imzalanmış 2024-cü il üçün ikitərəfli planına əsasən, Özbəkistanın Müdafiə Nazirliyinin Azərbaycana səfər edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində özbəkistanlı qonaqlar Müdafiə Nazirliyinin Qoşunları Baş İdarəsində olub.

"Qonaqları salamlayan general-mayor Anar Kərimov nümayəndə heyətinə Azərbaycan Ordusunun azad edilmiş ərazilərdə mühəndis-istehkam bölmələri tərəfindən həyata keçirilən mühəndis təminatı üzrə tədbirlər barədə məlumat verib. Görüşdə təcrübə mübadiləsi baxımından bu cür səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb, brifinq təqdim olunub. Sonra qonaqlar xüsusi hazırlanmış mühəndis şəhərciyində hərbi qulluqçuların iştirakı ilə keçirilən praktiki məşğələləri izləyiblər", - məlumatda qeyd olunub.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…