Əsas məzmuna keç

Azərbaycan nefti 6 dollar bahalaşdı

Azərbaycan nefti 6 dollar bahalaşdı

"Azeri Light" markalı xammalın dünya birjalarındakı dəyəri kəskin artıb. Londonun ICE birjasında qeydə alınan son rəqəmlər və satış qiyməti barədə ətraflı oxuyun.

ru en

bazarında " " markalı neftinin 1 barelinin qiyməti 6,43 ABŞ dolları və ya 5,55 % artaraq 122,32 ABŞ dolları təşkil edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 122,94 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,33 ABŞ dolları və ya 5,62 % artaraq 119,02 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…