Operativ Məlumat Mərkəzi

Azərbaycan MN: "Ermənistanın mövqelərinin atəşə tutulması barədə məlumat tamamilə yalandır"

1 dəq
Paylaş:
Azərbaycan MN: "Ermənistanın mövqelərinin atəşə tutulması barədə məlumat tamamilə yalandır"

"Avqustun 23-ü saat 01:05-dən 02:00-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır".

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər