Əsas məzmuna keç

Azərbaycan millisinin baş məşqçisi: "Polşadan qızıl medalla qayıtmaq istəyirik"

Azərbaycan millisinin baş məşqçisi: "Polşadan qızıl medalla qayıtmaq istəyirik"

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

"Polşadan qızıl medalla qayıtmaq və idman ictimaiyyətini sevindirmək istəyirik".

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunu kikboksinq üzrə millisinin Elşən Abdulrəhimov III Avropa Oyunları ilə bağlı danışarkən deyib.

"Full contact" növündə 63,5 kq dərəcəsində Ağamoğlanov və 86 kq çəki dərəcəsində Şahbazov mübarizə aparacaq.

İdmançılarla birlikdə turnirə yollanan Elşən Abdulrəhimov yarışa hazırlıqla bağlı fikirlərini bölüşüb. "Fərid Avropa Oyunlarınadək mayda Türkiyədə keçirilmiş Dünya Kubokunda qalib gəlib. Elşad isə bir neçə peşəkar döyüşdə iştirak edib. Bildiyiniz kimi, kikboksinq ilk dəfə Avropa Oyunlarının proqramına salınıb. Son günlərdə idmançılarla taktiki-texniki hazırlıq üzərində çalışmışıq. Bu turnirin önəmli olduğunu federasiya rəhbərliyi də bizə bildirib. Federasiya prezidenti Orxan Əliyevin tapşırığı ilə idmançılar daim həkim nəzarətində oldular, vitaminlərlə təmin edildilər".

Qeyd edək ki, 29 iyunda püşk atılacaq. Hər çəkidə 8 idmançı olduğundan, yarışlar 1/4 finaldan başlayacaq. 30 iyunda saat 12:00-da Fərid Ağamoğlanov və 17:00-da Elşad Şahbazov rinqə çıxacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…